28 C
Bakı
15 Avqust 2025 19:27
DünyaSiyasət

Kremlin ABŞ-da dünyaya verdiyi SSRİ mesajı: Trampın “qulaqburması” labüddür

Başda Tramp olmaqla, ABŞ və bütün dünya bu yaramaz Kreml təmsilçisi Sergey Lavrovun bu mesajından nəticə çıxarmalıdır.

Kreml nə qədər imperiya siyasətindən əl çəkdiyini və SSRİ-ni bərpa etmək niyyətində olmadığını bəyan etsə də, Lavrov SSRİ yazılan geyimi ilə dünyanın supergücü olan ABŞ-dən mesaj verməsinin arxasında çox ciddi məqamlar var.

Bu görüntü hər şeyi ifadə edir: Üzərində “Rusiya” yazılan mikrofon fonunda Lavrovun əynindəki SSRİ mesajı… Yəni Rusiya imperiya siyasətindən və SSRİ-ni bərpa etmək niyyətindən vaz keçməyib və bunun uğrunda savaşa hazırdır.

Hə, sual oluna bilər ki, Kreml bu imperiya siyasətini reallaşdırmaq gücünü qadirdirmi?!

– Təbii ki, yox! Son 125 ilin tarixinə nəzər salmaq yetərdir.

Birinci və İkinci Dünya müharibəsinin yekunlarının acı dərslərindən nəticə çıxarmaq lazımdır. Birinci Dünya müharibəsində Çar Rusiyası parçalansa da, yenidən SSRİ adı altında imperiyanın sərhədlərini əvvəlkindən daha genişləndirdi, İkinci Dünya müharibəsindən sonra isə demək olar ki, dünya coğrafiyasının yarıdan çoxunda hökmranlığını bərpa etdi. Lakin uğurlu model tətbiq edə bilmədiyindən dünya hökmranlığı uzun çəkmədi və dağıldı. Amma Rusiya bu niyyətindən əl çəkməyib və bu niyyətini hər fürsətdə ortaya qoyur. Ona görə də Moskvanın belə mesajlarını qeyri-ciddiyə almaq sadəcə axmaqlıq olar.

Yəqin ki, Tramp administrasiyası da Lavrovun bu mesajını düzgün oxuyub və buna uyğun mövqe sərgiləyəcək, nəticə etibarilə “qulaqburması” verəcək. Bunun üçün də beynəlxalq birlik bu şər imperiyasına qarşı qolunu çırmalamağı bacarmalıdır. Yoxsa dünyadakı böhranların və münaqişələrin coğrafiyası daha da genişlənəcək və dünya daha ciddi faciələrlə üzləşməli olacaq.

Beynəlxalq birlik olmasa, o zaman ehtimal olunan III Dünya müharibəsi də reallaşa bilər. Hazırda biz III Dünya Müharibəsinin ilkin fazasındayıq…

 

Tacxeber.com

Oxşar xəbərlər

“Vaşinqton Ukraynaya yardımı dayandırmayacaq“ – Bayden

redaktor

Rusiya Qafanda baş konsulluq açır – Təsdiqləndi

redaktor

Venezuela lideri BM-dən İsraili silahsızlandırmasını istədi

redaktor