DünyaSiyasətTarix

İranın “ayı xidməti” ABŞ-ın və Türk dünyasının xeyrinə işlədi

Alyaska görüşündən sonra Vaşinqtonun Xəzər dənizi üzərindən Azərbaycan-Qazaxıstan dəhlizi aça biləcəyi barədə təxminlərimə reaksiya verən bəzi dostlar soruşurlar: “Xəzərdə açılması planlanan dəhliz suyun altından keçəcək?”.

Dostların bu sualının altında yatan hikməti anlayıram. Məsələ burasındadır ki, müstəqilliyimizi qazandıqdan sonra keçən uzun illər boyu Xəzərin hüquqi statusunu müəyyənləşdirilməsinə qətiyyən yanaşmayan və dolayısıyla ümumi dənizimizin milli sektorlara bölünməsinə süni əngəllər yaradan Rusiya Qazaxıstanın keçmiş lideri Nazarbayevin Vaşinqtona səfərindən və Trampla “Şimal Təchizat Şəbəkəsi”nın açılmasına dair saziş imzaladıqdan sonra dərhal hərəkətə keçmiş və Xəzərin hüquqi statusuna dair Konvensiya hazırlayıb sahilyanı ölkələrin müzakirəsinə sunmuşdu. 2018-ci ilin 13 avqust tarixində imzalanan bu konvensiyaya görə, Xəzərin yalnız dibi milli sektora bölünür, səthi isə sahilyanı ölkələrin ümumi istifadəsinə verilirdi. Bu məntiqlə, Trampla Nazarbayev arasında imzalanan saziş öz əhəmiyyətini itirirdi.

Fəqət Türk dünyasının və ABŞ-ın beynəlxalq hüquq müstəvisində köməyinə cənub qonşumuz İranın “ayı xidməti” gəldi. Üzərindən 7 il keçməsinə baxmayaraq, İran hələ də konvensiyanı ratifikasiya etməyib. Çünki o, vaxtilə SSRİ ilə bağladığı müqaviləni əsas gətirib Xəzərin ən azı 25-30%-nə və ya dənizi 5 ölkə arasında bərabər bölünməsi ideyasını irəli sürürdü. Sonuncu variantda Xəzərin 20%-i onun payına düşəcəkdi.

2018-ci ildə bağlanan sazişdə isə İranın payı 11-13% idi.
Qısası, yatağındakı bitə əsəbləşib yorğanı yandıran İranın bu “çoxbilmişliyi” nəticəsində Xəzərin statusu haqqında konvensiya indiyə kimi hüquqi qüvvəyə minməyib. Hesab edirəm ki, Türk respublikaları İrana bu “ayı xidməti”nə görə təşəkkürünü bildirib Xəzərin hüquqi statusu haqqında Konvensiyadan çıxdıqlarını bəyan etməlidirlər və yəqin ki, edəcəklər.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

8 sülhməramlının ölümünə görə korpus komandanı işdən çıxarıldı

redaktor

Onlar həmin gün evlənmir, ölü basdırmır və … – Bu dini qəbul etmək çox çətindir

admin

Paşinyan: Müharibədən sonra xeyli sayda silah-sursat yoxa çıxıb

redaktor