23 C
Bakı
14 Avqust 2025 22:25
DünyaSiyasət

Tramp Putin və Zelenskinin barışacağına əmindir

ABŞ lideri Donald Tramp həm rusiyalı həmkarı Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskinin Ukraynadakı münaqişənin həlli ilə bağlı razılığa gələcəyinə əmin olduğunu bildirib.

“Sabah bizim prezident Putinlə görüşümüz var. Düşünürəm ki, bu, yaxşı görüş olacaq, amma ikinci görüş daha vacib olacaq. Prezident Putin, prezident Zelenski, özümlə görüşümüz olacaq və ola bilsin ki, bəzi Avropa liderlərini dəvət edək, ola bilsin, yox. Bilmirəm. Bu, çox vacib olacaq. Bundan nə çıxacağını görəcəyik”, – Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Düşünürəm ki, prezident Putin sülh bağlayacaq. Düşünürəm ki, prezident Zelenski sülh bağlayacaq. Gəlin görək, onlar razılığa gələ biləcəklərmi. Əgər bacarsalar, bu, əla olar”, – prezident əlavə edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynanın şərqində toqquşmalar şiddətlənir

redaktor

SON DƏQİQƏ: Ukrayna bu əraziləri işğaldan azad etdi – FOTO

redaktor

İsrailə qarşı sərt ittiham – Ərdoğanı müdaxiləyə çağırdı

admin