21 C
Bakı
14 Avqust 2025 10:07
CəmiyyətGündəmHadisəİqtisadiyyatQalmaqalŞikayət

Səlim Müslümovla “otkad”la işləyən avtoş sanatoriya müdiri özünə yeni “day-day” tapıb

“Möcüzəli Naftalan” sanatoriyasının müdiri Elçin Əmiralanov Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində özünə yeni himayədar tapıb. Naftalanın ən geridəqalmış, antisanitariyanın tüğyan etdiyi sanatoriyalarından olan “Möcüzəli Naftalan”da möcüzələr davam edir. Hər ay bu iy vermiş sanatoriyaya dövlətin hesabına yüzlərlə şəxs gəlir. Bu adamlar, əsasən şəhid ailələri, bir və ikinci dərəcəli əlillərdir. Amma təəssüflər olsun ki, sanatoriyaya göndərilən bu şəxslər gəldiklərinə də peşman olurlar. Onları burada çiy, keyfiyyətsiz qidalar, tarakanların “at oynatdığı” otaqlar, hərc-mərclik, sıfır xidmət gözləyir. Xidmətdən, qidalardan narazı qalan vətəndaşlara isə get hara istəyirsən şikayət et deyirlər.

“Möcüzəli Naftalan”ın müdirinin oğlu bahalı avtomobillə avtoşluq edir. Sanatoriyada müdirlik edən oğul hələ bir müddət əvvəl sabiq nazir Səlim Müslümovun məhkəməsində hər bir adam üçün nazirə “otkad” verdiyini deyirdi.

Atasının puluna, əlaqələrinə güvənən gənc sanatoriya müdiri bu ifadəsilə insanları – şəhid ailələrini, əlilləri satın aldığını deyirdi.

Sanatoriyaya gələn hər bir şəxs üçün 150 manat nazirliyə ödədiyini deyən “Möcüzəli Naftalan”ın avtoş müdiri Səlim Müslümova yüz minlərlə pul ödədiyini məhəkəmədə deyib.

Gündən-günə şikayətlərin çoxaldığı, narazılığın bitib-tükənmədiyi “Möcüzəli Naftalan”da nə sirdisə puyovka ilə gələnlərin də sayı artır.

Yayılan məlumata görə avtoş müdir Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində özünə yeni day-day tapıb. Nazirlikdə Xidmətlər Agentliyin sədri olan bu yeni day-daya da yəqin ki avtoş müdir hər putyovkaya görə nələrsə ödəyir. Yoxsa sual olunar ki, bitin-birənin qaynaşdığı, tarakanların adam belində gəzdiyi bu məkana niyə büdcə hesabına putyovkalar verilsin ki?..

Tacxeber.com

Oxşar xəbərlər

Google ağlınızda olanları necə bilir və sizə uyğun reklamı göstərir?

redaktor

Avropada qaz anbarının tutumu maksimum həddə çatıb

admin

Universitetdə tiktokerlərin tələbələrlə görüşü tənqid olundu – VİDEO

redaktor