24 C
Bakı
14 Avqust 2025 00:56
DünyaSiyasət

Çin Rusiyadan təyyarələrini geri ala bilmir

Çinin lizinq şirkətləri Qərbin sanksiyalarının tətbiqindən sonra Rusiyada qalan təyyarələri geri qaytarmadıqları üçün maliyyə itkiləri ilə üzləşib, South Morning China Post (SMCP) yazır.

Guangdongda yerləşən Shanhe Intelligent şirkətinin törəmə şirkəti olan AVMAX Rusiyanın Yakutiya və Aurora hava yollarına icarəyə götürdüyü üç De Havilland Canada təyyarəsi üçün 23 milyon dollar sığorta ödənişi alıb.

Məlumata görə, iki müqavilənin müddəti keçən il başa çatıb, lakin “davam edən danışıqlara və səylərə baxmayaraq, AVMAX təyyarəni geri qaytara bilməyib”. Ukraynanın işğalından sonra Qərbin Rusiya aviasiya sektoruna qarşı tətbiq etdiyi sanksiyalar vəziyyəti daha da mürəkkəbləşdirir.

AVMAX Airwork törəmə şirkəti də müqavilələrə 2022-ci ildə xitam verilməsini tələb edərək altı Boeing 757 yük təyyarəsini geri qaytara bilmədi. Şirkət yalnız bir təyyarəni çıxara bildi, nəticədə yüz milyonlarla dollar itki və aktivlərin silinməsi zərurəti yarandı.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynada döyüşə gedən məmurların sayı açıqlandı

redaktor

Siyavuş Novruzov və Sevinc Hüseynova deputat olmayacaq

redaktor

Planeti xaosa sürükləyə bilər: Alimlər İtaliyadakı supervulkanla bağlı xəbərdarlıq edir

redaktor