21 C
Bakı
14 Avqust 2025 09:46
CəmiyyətDünya

56 milyon manat büdcəsi olan qurumda yoxlama başlayıb-İlginc iddialar

Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Yaşıllaşdırma Təsərrüfatı Birliyində 3 may 2025-ci il tarixdən başlayaraq aparılan maliyyə yoxlamaları zamanı diqqətçəkən hallar üzə çıxıb.

Məlumata görə, yoxlamalar zamanı müəyyən maliyyə pozuntuları aşkar olunub və birliyin məsul şəxsləri yoxlamaların nəticələrinin “yumşaldılması” məqsədilə maliyyə vəsaiti müqabilində razılığa gəlməyə çalışıblar.

İddialara görə, qarşılıqlı anlaşma nəticəsində yoxlama aparan qurumla birlik arasında qeyri-rəsmi razılaşma əldə olunub. Bu razılaşmanın detalları ictimaiyyətə açıqlanmasa da, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının da məlumatlandırıldığı bildirilir.

Hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir. Məlumat üçün qeyd edək ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin illik büdcəsi 56.000000 (əlli altı milyon) manat təşkil edir. Müvafiq dövlət qurumlarından rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov,  Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru isə Mirdamət Seyidovdur.(XalqOnline)

 

Tacxeber.com

Oxşar xəbərlər

Polşada Hökumə Əliyeva adına təqaüd proqramı təsis edildi

redaktor

Sabiq məhkəmə sədri 4615 manatlıq pensiyadan narazıdır

admin

Abdullahian yenə eyham vurdu:“Regionda geosiyasi dəyişikliyə İran cavab verəcək”

admin