12 C
Bakı
29 Mart 2026 18:50
CəmiyyətHadisəİqtisadiyyat

3-cü kurs tələbəsi olduğu deyilən nazirin 248 min manatlıq təmiri dayandırıldı

Tacxeber.com 32gin.az-a istinadən xəbər verir ki, ləğv edilməyə səbəb kimi satınalmada iştirak üçün təklifi və təklifin təminatını təqdim edən, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması (36.1.1) göstərilib. Nazirlik qeyd edib ki, təklif verənlərin sayı qanunvericiliklə müəyyən edilən minimum həddən az olduğu üçün müsabiqənin tamamlanması mümkün olmayıb.

Xidmətlərin satın alınması üçün ehtimal olunan qiymət 247.970,32 manat təşkil edirdi.
Qeyd edək ki, Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədovdur.

Xatırladaq ki, mətbuatda gedən məlumatlara görə, Nazir Məcnun Məmmədov Hollandiyada Wageningen Universiteti və Araşdırma institutunda 3-cü kursda təhsil alır və Qida və Aqrobiznes üzrə Executive MBA proqramına qatılıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Avropa Jurnalistlər Federasiyası: COP29 ərəfəsində Azərbaycanda 23 jurnalist həbsdədir.

admin

Maqnit qasırğalarının sağlamlıq üçün TƏHLÜKƏSİ

redaktor

BİABIRÇI, BAHALI, KEYFİYYƏTSİZ, FIRILDAQÇI… – Dövlət turizm sektorunu niyə nəzarətsiz buraxıb?

redaktor