16 C
Bakı
27 Sentyabr 2025 21:41
DünyaSiyasət

Xəritəni açıb baxın: Rusiya Azərbaycana buradan hücum etsə… – Musabəyov

Qurulev və bir çox digər rusiyalı hərbçilər hələ də düşünürlər ki, baş sadəcə furaşka taxmaq üçündür.

Bunu Milli Məclisin deputatı Rasim Musabəyov “Azpolitika”ya açıqlamasında Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulevin Azərbaycanın ünvanına səsləndirdiyi ittihamlara cavab verərkən deyib.

Musabəyovun sözlərinə görə, Qurulev və digər rəsmilər Azərbaycanla Rusiya arasındakı sərhədin coğrafi reallıqlarını başa düşmürlər:

“Xahiş edirəm, xəritəni açın və baxın. Sizə hərbi akademiyalarda öyrədilənlər hara gedib? Azərbaycan ilə Rusiya sərhədi böyük Qafqaz dağları ilə ayrılır. Siz necə düşünürsünüz ki, bu dağları aşaraq Azərbaycana qarşı xüsusi əməliyyat keçirəcəksiniz? Və ya Azərbaycan sahillərində desant əməliyyatı təşkil edəcəksiniz? Bu, mümkün deyil, bunu etməyə cəhd edənlərin qırıntıları belə qalmaz!”

Deputat əlavə edir ki, Azərbaycan Ordusu hazırda texniki baxımdan və heyət tərkibi baxımından Rusiya Silahlı Qüvvələrinin Qafqaz bölgəsindəki birləşmələrindən qat-qat üstündür:

“Azərbaycan ordusu həbsxanalardan toplanan qüvvələrdən ibarət deyil. Rusiyanın Qafqazda birləşdirdiyi ordudan dəfələrlə güclüdür. Rusiya bununla Azərbaycanı qorxutmağa çalışır, amma bu boş işdir”.

Rasim Musabəyov onu da bildirib ki, əgər Rusiyanın Ukrayna ərazisində SOСAR-ın obyektlərinə qarşı hücumları davam edərsə, Azərbaycan Kiyevə özünün MiQ-29 qırıcılarını və keçmiş sovet hərbi texnikasını göndərmək imkanına malikdir.

Qeyd edək ki, rusiyalı deputat Rusiya hökumətini Azərbaycanla ticarət əlaqələrini dayandırmağa çağırıb, habelə Azərbaycana qarşı “xüsusi hərbi əməliyyat”ın keçirilməsindən dəm vurub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna məhkəməsi Yanukoviçin bütün əmlakını müsadirə edib

redaktor

Şvartsnegger donuz və eşşək alıb: Səbəbi sizi şoka salacaq – FOTO

redaktor

Yalançı etiraflar, 3500 saat işgəncə – Edam edilən eks-məmurun SENSASİON SƏS YAZISI

admin