29 C
Bakı
14 Avqust 2025 12:11
DünyaSiyasət

Petrosyan: İran və Rusiyanın sülh sazişinə susqunluğu məni çaşdırır

“Hakimiyyət bunu ən böyük uğurlarından biri hesab edərək sevinir. Parlament müxalifəti isə təbii ki, sazişdə nəinki müsbət bir şey görür, əksinə, onun icrasının dağıdıcı nəticələrini proqnozlaşdırır. Mənə ünvanladığınız suala gəlincə, hələlik cavab verməkdən çəkinirəm, çünki əminəm ki, ona yalnız razılıq əldə olunandan sonra cavab veriləcək”.

Tacxeber.com xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Vaşinqton anlaşmasını şərh edərkən deyib.

İran və Rusiyanın da məsələyə susqun yanaşdığı qeyd edən Ter-Petrosyan bildirib: “Dost İran rəsmilərinin fərqli qiymətləndirmələri və xüsusən də Rusiyanın demək olar ki, tamamilə susması məni hələ də bir qədər çaşdırır. İran diplomatiyası o qədər incədir ki, onu bir anda tanımaq bəzən çətin olur. Lakin öz təcrübəmə əsaslanaraq, sizi əmin edə bilərəm ki, ölkəmiz müstəqilliyini bərpa edəndən bəri İran Ermənistana qarşı nəinki narazılığını və ya qınağını dilə gətirib, hətta bizim bütün müraciətlərimizə müsbət cavab verib. Bir sözlə, mən Ermənistanla İran arasında 30 ildən artıq davam edən münasibətlərdə hər hansı anlaşılmazlıq görməmişəm”, – deyə Levon Ter-Petrosyan qeyd edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya gəmiləri geri qayıdır: Türkiyə icazə vermədi – FOTO

admin

İsrail ordusu Hizbullah hədəflərinə zərbələr endirib, baş katib öldürüb – FOTO/VİDEO

redaktor

52 yaşlı deputat arı sancmasından dünyasını dəyişdi

redaktor