4 C
Bakı
27 Dekabr 2025 03:01
DünyaSiyasət

NYT: Putin üçün Tramp ilə görüş münasibətləri yenidən qurmaq imkanıdır

ABŞ prezidenti Donald Tramp Ağ Evə qayıtdıqdan sonra ilk dəfə olaraq Rusiya lideri Vladimir Putinlə avqustun 15-də Alyaskada görüşməyi planlaşdırır.

The New York Times yazır ki, tərəflər Ukraynada atəşkəs məsələsini müzakirə edəcəklər.

Nəşrin məlumatına görə, Putin daha çox Rusiyanın maraqlarına uyğun sülh təkliflərində israr edir. Bu isə bəzi analitiklər və Tramp administrasiyasının keçmiş rəsmiləri arasında narahatlıq doğurur ki, Kreml görüşdən öz xeyrinə istifadə edə bilər.

Birinci prezidentlik müddətində Tramp Putinlə altı dəfə görüşüb və bir neçə dəfə telefonla danışıb. Onun varisi Co Bayden isə 2021-ci ildə, Ukraynaya qarşı genişmiqyaslı işğaldan əvvəl Putinlə yalnız bir dəfə görüşüb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna Rusiyada inzibati binanı vurdu – Video

redaktor

Zelenski AÇIQLADI: Kurskun 74 yaşayış məntəqəsi USQ-nin nəzarəti altındadır

redaktor

Qəzzada müharibə nə vaxt bitəcək? – Netanyahudan açıqlama

redaktor