12 C
Bakı
28 Mart 2026 21:01
DünyaSiyasət

Luxon: İsrailin baş naziri Netanyahu ağlını itirib

Yeni Zelandiyanın Baş naziri Kristofer Luxon Qəzzaya hücumların tamamilə “qəbuledilməz” olduğunu və İsrailin baş naziri Benyamin Netanyahunun “həddindən artıq irəli getdiyini” və “ağlını itirdiyini” söylədi.

Tacxeber.com xəbər verir ki, jurnalistlərə açıqlama verən Luxon bildirib ki, İsrailin hücumu və blokadası altında olan Qəzza zolağında vəziyyət “dəhşətli”dir.

“Məncə Netanyahu həddindən artıq irəli gedib. Düşünürəm ki, o, ağlını itirib”, – Luxon deyib.

İsrailin Qəzzaya humanitar yardımların pulsuz çatdırılması çağırışlarına məhəl qoymadığını xatırladan Luxon bu vəziyyətin Qəzzada humanitar böhranı dərinləşdirdiyini qeyd edib.

Bildirək ki, 2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində ən azı 61 599 fələstinli ölüb, 154 088 nəfər yaralanıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyadan Ermənistana növbəti hədiyyə – Foto

redaktor

Kanadada xaricilərə ev almaq qadağan edildi

redaktor

Azərbaycanlı milyonçu İtaliyadakı villasını SATIŞA ÇIXARIB – Təfərrüat + FOTOLAR

admin