21 C
Bakı
14 Avqust 2025 09:33
DünyaSiyasət

İmamoğllu ilk dəfə danışdı: Namizədliyim rəsmi olaraq bloklanarsa…

Mart ayında həbs edilən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ABŞ-ın aparıcı media qurumlarından biri olan Bloomberg-ə danışıb.

Tacxeber.comxəbər verir ki, Əkrəm İmamoğlu qarşıdan gələn seçkilərdə iştirak edə bilməyəcəyi təqdirdə prezident Ərdoğana alternativ namizədi dəstəkləyəcəyinə işarə edib. İmamoğlu iştirak edə bilməyəcəyi təqdirdə başqa bir namizədi dəstəkləməyə hazır olduğunu bildirib.

İmamoğlu müşavirləri vasitəsilə verdiyi yazılı açıqlamada: “Mən sadəlövh deyiləm. Rəsmi olaraq qadağan olunsam, demokratik müxalifət yenə də bir araya gəlməlidir. İrəli getmək üçün başqa bir namizəd lazımdırsa, o şəxs ədalət, firavanlıq və sülh üçün ortaq vizyonumuzu davam etdirməlidir” dedi.

İmamoğlu çıxışında, “İnsan haqlarını və qanunun aliliyini yüksək səslə müdafiə edən bəzi ölkələr bizim reallıqlarımız qarşısında susdular. Bu praqmatizm deyil, miyopiyadır” dedi.

“Vaşinqton, Berlin, London və digər paytaxtlara səslənirəm” deyən İmamoğlu: “Əgər sabit və qlobal demokratik ailəyə daxil olan bir Türkiyə istəyirsinizsə, gözünüzün qabağında demokratiyanın məhvinə göz yuma bilməzsiniz” dedi.

 

Tacxeber.com

Oxşar xəbərlər

Milyonların qatili bizə sülhdən dərs keçir

redaktor

Putinin son “nəfəsliyi” həbs orderi ilə qapadıldı: Rusiyada hərbi çevriliş təhlükəsi yaranır

redaktor

Bolqarıstan Lavrovun təyyarəsinə icazə verdi.

admin