29 C
Bakı
13 Avqust 2025 10:20
DigərMaraqlı

Bu 5 peşə 2030-cu ilə qədər yoxa çıxacaq

Bir çox peşə sahələrinin risk altında olduğu artıq məlumdur. Süni intellektin (AI) sürətli inkişafı bir sıra iş yerlərinin gələcəyini sual altına alır. Mütəxəssislər bildirirlər ki, 2030-cu ilə qədər bəzi işlərin 50%-i avtomatlaşdırma səbəbindən yox ola bilər.

Onlayn təhsil platforması Coursera-nın hesabatına əsasən dünya üzrə risk altında olan, AI-nin ən çox təsir göstərəcəyi 5 sahəni təqdim edir:

İstehsal və istehsalat
İnzibati və kargüzarlıq
Nəqliyyat və logistika
Pərakəndə satış
Müştəri xidməti

Xüsusilə istehsalat, pərakəndə satış və inzibati işlərdə artıq robot texnologiyaları, chatbotlar və avtomatlaşdırılmış sistemlər geniş yayılıb.

AI-yə qarşı karyeranı qoruma yolları

Mütəxəssislər aşağıdakı addımları tövsiyə edir:

Strategiyaya yönəlmiş rollara keçid: İnsan mühakiməsi, qərarvermə və münasibətlərin idarə olunmasını tələb edən və “AI” alətlərindən dəstək kimi istifadə edən sahələrdə işləmək.

Aşağı riskli peşələr: Fiziki əməyə əsaslanan, qayğıkeşlik tələb edən (səhiyyə, təhsil) və “AI” nəzarətini tələb edən idarəçilik və layihə rəhbərliyi kimi rollar.

“AI” bacarıqlarının inkişafı: Süni intellekt üzrə sertifikatlar, kurslar və bacarıqlar əldə edərək karyera portfelini yenidən formalaşdırmaq.

Adaptasiya qabiliyyəti: Yeni texnologiyalara uyğunlaşma, sənaye tendensiyalarını izləmə və davamlı təkmilləşmə.

Ekspertlər xəbərdarlıq edir ki, “AI”nin təsirləri sektordan sektora dəyişsə də, ən çox təkrarlanan və proqnozlaşdırıla bilən iş tapşırıqları risk altındadır. Bunun əksinə olaraq, strateji düşüncə, yaradıcılıq və yüksək səviyyəli insan ünsiyyəti tələb edən rollar hələlik təhlükəsiz zonada qalır. (Valyuta.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

İlin ən yaxşı 5 noutbuku

redaktor

Donuz əti Quranda niyə haram buyurulub? Donuz əti insan ətinə bənzəyirmi? – İlahi qadağanın hikməti və elmi həqiqətlər

redaktor

Sülhün geosiyasəti: ABŞ Cənubi Qafqazın yeni qaydalarını yaza biləcəkmi?

admin