26 C
Bakı
12 Avqust 2025 22:25
DünyaSiyasət

Mixail Qonçar: “Azərbaycan Rusiya qarşısında zərbəyə tab gətirəcək”

SOCAR-ın Ukraynadakı obyektlərinə və Azərbaycan qazının tədarük olunduğu kompressor stansiyasına Rusiyanın hücumları Kremlin acizliyi və intiqam hissindən doğur”.

Tacxeber.com xəbər verir ki, bunu “Strategiya XXI” Qlobal Araşdırmalar Mərkəzinin prezidenti, neft və qaz sənayesi üzrə ekspert Mixail Qonçar “RBC-Ukrayna”ya müsahibəsində bildirib.

Onun fikrincə, indi Rusiya Azərbaycana qarşı çoxşaxəli təxribata keçib.

“Moskva birbaşa hərəkət edə bilməz, çünki onun Cənubi Qafqazdakı qüvvəsi və təsiri artıq əvvəlki kimi deyil. Həmçinin Rusiya Azərbaycanın arxasında dayanan Türkiyə ilə münasibətləri korlamaq istəmir, amma Kreml xırda addımlarla çirkin oyunlar oynamağı bacarır”, – Qonçar qeyd edib.

Ekspert hesab edir ki, Rusiya Azərbaycana ciddi ziyan vura bilər.

“Kreml Xəzərdə gizli təxribat hərəkətləri edə bilər. Azərbaycan Xəzər şelfində neft və qaz hasil edir. Orada müvafiq platformalar, sualtı neft və qaz kəmərləri tikilib, onların vasitəsilə resurs terminallara və daha sonra dünya bazarına çıxarılır”, – mərkəz rəhbəri bildirib.

Onun fikrincə, hazırda Azərbaycan və Ermənistanın Rusiya qarşısında mövqeləri güclüdür.

“Bu gün onlar özlərini güclü mövqedə hiss edirlər. Birincisi, Türkiyənin dəstəyi var. Vaşinqtonda Donald Trampın iştirakı ilə Ermənistanla sülh Bəyannaməsi imzalanıb. Ona görə də onlar ABŞ-dən müəyyən dəstək hiss edirlər. ABŞ-nin “Exxon Mobil” şirkəti Xəzər dənizində Azərbaycanın hələ işlənməyən “Qarabağ” qaz yatağına maraq göstərir. Ona görə də düşünürəm ki, Azərbaycan zərbəyə tab gətirəcək”, – Qonçar qeyd edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Vaqnerçilər bizi sıxmağa başlayıblar… – Lukaşenko

admin

“Sosial yardım insanları xarab edib” – Milli Məclisin komitə sədri

redaktor

“Gediş haqqı artacaq, həm metroda, həm də…” – ŞOK ANONS

redaktor