11 C
Bakı
30 Mart 2026 02:54
DünyaŞou

Məşhur aktrisa: “O vaxt Trampa yox dedim”

Britaniyalı aktrisa Emma Tompson ABŞ Prezidenti Donald Trampla bağlı etiraf edib.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, sənətçi deyib ki, Donald Trampın vaxtilə ona sevgili olmağı təklif edib:

“1998-ci ildə “Əsas rənglər” filminin çəkilişi zamanı telefona zəng gəldi və telefondakı şəxs özünü Tramp kimi təqdim etdi. O, məni dəbdəbəli evlərindən birində qonaq etmək və mənimlə nahar etmək istədiyini söylədi”.

Aktrisa deyib ki, bunun zarafat olduğunu düşündüyü üçün nəzakətli formada təşəkkür edərək dəstəyi asıb:

“O dövrdə Tramp həyat yoldaşı Marla Məplsdan ayrılmışdı. Qəbul etsəydim, bəlkə də ABŞ tarixinin gedişatını dəyişəcəkdim”, – deyə aktrisa zarafatla söyləyib.

Tacxeber.com

Oxşar xəbərlər

Putin Minskə buna görə getdi: Belarus savaşa girir ?

admin

Azərbaycanlı tələbənin ölüm xəbəri yalandır – Müəllim paylaşımı sildi

redaktor

Priqojinin üsyanı günü Putin Sankt-Peterburqda dostunun yaxtasında olub – KİV

redaktor