İran dövlət mediası bildirib ki, İran polisi İsraillə 12 günlük müharibə zamanı 21 minə yaxın “şübhəli” həbs edib.
Tacxeber.comxəbər verir ki, Polis sözçüsü Saeid Montazerolmahdi: “İctimaiyyətdən gələn xəbərlərdə 41% artım var ki, bu da 12 günlük müharibə zamanı 21,000 şübhəlinin həbsinə səbəb olub”-deyə, bildirib.
Montazerolmahdi həbs olunanların nədə ittiham olunduğunu açıqlamayıb, lakin Tehran bundan əvvəl İsrailin hücumlarını birbaşa həyata keçirməyə kömək edə biləcək məlumatları ötürən şəxsləri “müəyyən etdiyini” açıqlamışdı.
İsrail-İran münaqişəsi həmçinin əfqan mühacirlərin qeyri-qanuni yolla İranda sürətlə deportasiyasına səbəb olub. Bəzi Əfqanıstan vətəndaşları İsrailin xeyrinə casusluqda ittiham olunur.
“Hüquq-mühafizə orqanları 2774 qeyri-qanuni immiqrantı yaxalayıb və onların telefonlarına baxış keçirərək 30 şəxsi təhlükəsizlik hadisəsi müəyyən edib. Bundan əlavə, 261 casusluqda şübhəli bilinən və icazəsiz çəkiliş aparmaqda ittiham olunan 172 nəfər həbs edilib”, – məlumatda deyilir.
Bildirək ki, İsrailin iyunun 13-də başlayan hava hücumlarından sonra İran təhlükəsizlik qüvvələri vətəndaşları şübhəli davrandıqlarını düşündükləri hər kəsi xəbər verməyə çağırıb və həbs kampaniyasına başlayıb.