28 C
Bakı
13 Avqust 2025 19:59
CəmiyyətHadisəSiyasət

Əldə etdiklərimizin qarşılığında biz də nəyisə güzəştə getməliydik.

Elxan Şahinoğlu

Ermənistandan fərqli olaraq Azərbaycanda Vaşinqton razılaşmasıyla bağlı konsensus var. Ortaq bəyanatda bir çox tələbimiz əks olunub. Bu sıraya Minsk Qrupunun ləğvini, Zəngəzur dəhlizinin açılmasını, 907-i düzəlişin dondurulmasını və digələrini aid edə bilərik.

Buna baxmayaraq, müşahidələrimə və oxuduğum şərhlərə əsasən deyə bilərəm ki, Ermənistanın 30 ildə törətdiklərinə görə təzminat tələbindən imtina etməmiz birmənalı qarşılanmır. Aydındır ki, əldə etdiklərimizin qarşılığında biz də nəyisə güzəştə getməliydik.

Ermənistan sülh sazişində göstərilən bəndləri yerinə yetirməkdə tərəddüd edərsə, biz yenidən təzminat tələbimizə qayıda biləcəyik. Hər halda bu mövzu ətrafında sağlam polemikaya ehtiyac var.

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada iki yük qatarı toqquşdu və 42 vaqon aşdı…

admin

Həkim dənizdə üzməyin nə üçün şirin suda üzməkdən daha sağlam olduğunu açıqlayıb

redaktor

İran rejimi Azərbaycan vətəndaşını həbsdən azad etdi – VİDEO

redaktor