29 C
Bakı
11 Avqust 2025 12:01
DünyaMaraqlıMuharibəSiyasət

Tramp Ukraynanı satır? Bəs Zelenski nə düşünür?

Tramp qarşısında digər prezidentlərdən fərqli olaraq dik duruşu ilə seçilən Zelenski yenidən böyük bir imtahan qarşısındadır.

Avqustun 15-də Donald Tramp və Vladimir Putin, 1867-ci ildə Rusiyanın ABŞ-a cəmi 7,2 milyon dollara satdığı, İran ərazisindən daha böyük olan Alyaska ştatında görüşəcəklər.

Uzun fasilədən sonra baş tutacaq bu görüş Ukrayna – Rusiya və Rusiya – ABŞ münasibətlərinə müəyyən aydınlıq gətirə bilər.

Hər gün fərqli siyasi gündəmlə dünyanı təəccübləndirən, biznesmen-siyasətçi bu dəfə də Putinlə görüş öncəsi bildirib ki, Ukrayna ərazi mübadiləsinə getməlidir. Söhbət Donetsk və Luqanskin Rusiyaya verilməsindən, digər işğal olunmuş ərazilərdən isə rus qoşunlarının çıxarılmasından gedir.

Krım mövzusu isə ümumiyyətlə dilə gətirilmir. Çünki Tramp administrasiyası əvvəldən bu ərazilərin Rusiyaya məxsus olduğunu bəyan edib.

Lakin Trampın bu açıqlamalarına cavab verən Ukrayna prezidenti bəyan edib ki, Ukrayna və Avropa müttəfiqləri suveren Ukrayna ərazilərindən bir qarış belə təcavüzkar düşmənə güzəştə getməyəcəklər.

Buna görə də hər şeyi maddi maraqlar üzərində quran, proteksionist siyasət yürüdən, ənənəvi dəyərlərə arxa çevirən bu adamın imza atdığı hər müsbət işə inam azdır. Çünki o, böyük ölçüdə bütün etimadları sarsıdıb və ABŞ kimi bir dövlətin nüfuzunu getdikcə dünyada zəiflətməkdədir.

ABŞ-ın gücünə görə dünyanın 95% dövlət başçısının onun qarşısında ikiqat olmasına baxmayaraq, birmənalı şəkildə əksəriyyəti Trampdan xoşlanmır. Bu vəziyyətdə yalnız bir neçə avtoritar və xalqına zülm edən lider istisna təşkil edir.

Əlbəttə, Ukrayna Rusiyaya təslim olmayacaq. Ən azından Avropa indiki mərhələdə buna imkan verməyəcək. Zamanında Avropanın tək bir ölkəsi – Almaniya – dünyanı az qalsın diz çökdürmüşdü. Hazırda isə Avropada ÜDM-i Rusiyadan daha böyük olan beş ölkə var. Bu reallıqlar pessimist olmağa əsas vermir.

Tramp həm də çox hiyləgər siyasətçidir. O, bu tip siyasi gedişlərlə həm Avropadan daha çox maliyyə dəstəyi almağa, həm də Avropanı bu məsələdə daha məsuliyyətli addımlar atmağa məcbur etməyə çalışır.

Eynilə, İran təhlükəsini qabardaraq Fars körfəzi ölkələrindən trilyonlarla dollar əldə etdiyi kimi.

Hər şeyə rəğmən, bizim – Azərbaycan demokratlarının – bir arzusu var: dünyada ədalətli sülh və demokratiya qalib gəlsin.

Slava Ukrayine!

 

Qulu Məmmədli

Tacxeber.com

Oxşar xəbərlər

Məktəb direktoru azyaşlı şagirdlərdən polisə şikayət edib – Bakı təhsilində şok

redaktor

Ən çox hərbi təyyarəsi olan NATO ÖLKƏLƏRİ – Türkiyə ikincidir

admin

Narkotikə görə tutulanlar azadlığa buraxılır? – Açıqlama

redaktor