17 C
Bakı
04 Oktyabr 2026 19:39
DünyaMuharibəSiyasət

Ruslar müharibəni bitirmək yox, sadəcə vaxt qazanmaq istəyir.

Ukrayna prezidenti Vladimir Zelenski bu gün deyib ki, Rusiyanın Ukraynada müharibəni dayandırmağa hazırlaşdığına dair heç bir əlamət yoxdur, Reuters xəbər verir.

“Əksinə, onlar yeni hücum əməliyyatları keçirəcəklərini irəli sürərək qüvvələr toplayırlar “, – dövlət başçısı xalqa ənənəvi axşam müraciətində Ukrayna kəşfiyyatının hesabatına əsaslanaraq bildirib.

Bu gün səhər saatlarında “Ex” sosial şəbəkəsindəki paylaşımında Zelenski ölkəsinin müttəfiqlərini Kiyev təhlükəsizlik zəmanəti alana qədər Rusiyaya qarşı sanksiyaları saxlamağa çağırıb.

Ukrayna prezidenti bu mövqeyini Kanadanın baş naziri Mark Karni ilə telefon danışığından sonra bildirib.

“Ruslar müharibəni bitirmək yox, sadəcə vaxt udmaq istəyir “, – Ukrayna lideri “Ex”də yazıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Dövlətçilik və xarici siyasət haqqında qeydlər

redaktor

Azərbaycan konsulluğu qarşısındakı aksiya: Özgür-Der kimdir?

redaktor

Qatı dindar imiş və qadınlara nifrət edirmiş

redaktor