28 C
Bakı
11 Avqust 2025 20:27
Cəmiyyətİdman

O, Azərbaycan yeməklərini dadandan sonra rejimində dəyişiklik oldu – Qurbanov kimi deyir?

Tacxeber.com xəbər verir ki, təcrübəli mütəxəssis matç barədə fikirlərini bildirib:

“Çox vacib oyun olacaq. Rəqib də iddialıdır. İnanıram ki, azarkeşlər üçün maraqlı qarşılaşma olacaq. İlk matçda göstərilən mübarizəyə əsasən hər iki komanda qalib gəlməyə layiqdir. Bizim kiçik üstünlüyümüz var, 1:0 hesabı ilə öndəyik. Üstəlik, doğma azarkeşlərimiz önündə çıxış edəcəyik. Çox ciddi 90 dəqiqə keçirməliyik. “Şkendiya” bizdən əvvəl FCSB üzərində iki oyunda qələbə qazanan komandadır. Onların ifasında xarakter, döyüşkənlik gördük. Bu rəqiblə bağlı təəssüratlarım eyni qalıb. Sabah onlara qarşı çox intizamlı oynamalı və möhkəm olmağı bacarmalıyıq”.

Qurbanov Kadi Borgesin çıxışı barədə danışıb:

“O, istəksiz deyil. Futbolçuların hamısı intizamlı oynamağa çalışırlar. Kadi daha çox texnikalı oyunçudur. Amma belə görüşlərdə rəqibi də nəzərə almaq lazımdır. Futbol artıq bir az fərqlidir. Top itkiləri artıb. Kadiyə də tapşırıqlar var idi. Səhvlər isə qaçılmazdır, həmişə olacaq. Kadidə daha yaxşı oynamaq potensialı var”.

Tərcübəli mütəxəssis istənilən oyunçunun çatışmayan cəhətlərinin olduğunu söyləyib:

“Emmanuel Addaidə də nəzərəçarpan dəyişikliklər var. O, Azərbaycan yeməklərini dadandan sonra bir az rejimində dəyişiklik olub. Kiçik cərimələr də etmişəm. Gözümüz onların yeməyində deyil. Mənim tərəfimdən narazılıqlar olub. Artıq hər şey sabitləşib. Özüm də bu rejimdə olmuşam. Hər halda, buna ciddi problem deməzdim. Hər şey artıq daha yaxşıya doğru gedir”.

Ağdam klubunun çalışdırıcısı ilk matçda bir az top itkilərinin olduğunu vurğulayıb:

“Daha səliqəli oynaya bilərdik. Məşqlərdə bunun üzərində çalışdıq”.

O, transfer siyasətinə də toxunub:

“Çox futbolçu transfer siyahımızdadır. Danışıq apardıqlarımız çoxdur”.

Baş məşqçi pley-off mərhələsindəki potensial rəqibləri barədə də danışıb:

“Hansı komandanı istədiyimi desəm, düzgün olmaz. İlk növbədə sabahkı matçı düşünürük. Hər iki rəqib bizim üçün tanışdır”.

Qeyd edək ki, “Qarabağ” – “Şkendiya” qarşılaşması avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Səfərdə baş tutan ilk görüşdə “köhlən atlar” rəqibini bir cavabsız qolla üstələyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Marketlərdə satılan bu məhsullarda NAMƏLUM TƏHLÜKƏ: İnsanları belə məhv edir…

redaktor

Rusiyada ƏMƏLİYYAT: İki azərbaycanlının malları əllərindən alındı

redaktor

Daha o qədər də olmaz dediyiniz hərşey oldu bu ölkədə.

admin