DünyaSiyasət

New York Post: Ukraynanın iştirakı olmadan Tramp-Putin sülh sazişi mənasızdır

ABŞ administrasiyası Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında üçtərəfli görüş təşkil etməyə hazırlaşır.

New York Post yazır ki, Ukraynanın iştirakı olmadan əldə olunacaq hər hansı sülh razılaşmasının əhəmiyyəti olmayacaq.

ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, Tramp Ukraynada davam edən müharibədən dərin narazıdır və onun tezliklə başa çatmasını istəyir. Səlahiyyət müddətinin əvvəlində Tramp Zelenskini açıq tənqid etsə də, sonradan Putinin onu aldatdığını – zahirən dost münasibəti göstərib eyni zamanda raket və pilotsuz aparat hücumları ilə mülki əhalini hədəfə aldığını söyləyib.

Tramp əvvəlcə Putinə danışıqlar masasına oturmaq üçün 50 gün vaxt verib, sonra bu müddəti azaldıb. Lakin müddətin bitdiyi gün yeni sanksiyalar tətbiq etmək əvəzinə, ABŞ lideri Putinlə Alyaskada görüşməyə razılaşıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tədarük çatışmazlığı fonunda soyuq qışın yaxınlaşması ilə Avropada qazın qiyməti kəskin bahalaşıb

redaktor

Putinin “Xüsusi Hərbi Əməliyyat” adlı hərbi-siyasi avantürasının hesabı

redaktor

Avropa liderləri müharibə üçün bir bəhanə gözləyir: Eplbaum bunu açıq dedi

redaktor