26 C
Bakı
10 Avqust 2025 09:32
DünyaSiyasət

Vilayəti hədələdi: “Zəngəzur dəhlizi ya heç vaxt açılmayacaq, ya da ABŞ muzdlularının qəbiristanına çevriləcək” – ŞOK

İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizinə dair sərt bəyanatla çıxış edib.

O bildirib ki, Tehran bütün gücü və imkanları ilə dəhlizin açılmasına mane olacaq:

“İran Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək. Biz bunu ya Rusiya ilə, ya da təkbaşına edəcəyik.”

Vilayəti əlavə edib ki, Azərbaycanla Naxçıvan arasında keçidi təmin etmək üçün dəhlizə ehtiyac yoxdur:

“Cənubi Qafqaz Trampın icarəyə verə biləcəyi daşınmaz əmlak deyil. Əgər Ermənistan rəhbərliyi bu qərarını dəyişməsə, bu bütün bölgə üçün yeni çağırış olacaq. Lazım gələrsə, bura ABŞ muzdluları üçün qəbiristana çevriləcək.”

İranlı rəsminin sözlərinə görə, məsələ Rusiyanın iştirakı ilə də müzakirə olunmalıdır:

“Biz bu məsələdə Rusiya ilə birgə hərəkət edə bilərik. Lazım gələrsə, bölgədə müharibə də qaçılmaz olacaq.”

Qeyd edək ki, bu açıqlama İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyindən gələn son mesajlardan sonra verilib. SEPAH da bu gün Ermənistan və Azərbaycanla yanaşı, bütün Cənubi Qafqaz regionunu müharibə ilə hədələyərək, Ermənistanın Sünik-Zəngəzur bölgəsindəki yolun “ABŞ-ın icarəsinə verilməsi” barədə təxribatçı iddialar səsləndirmişdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Putinin təklif etdiyi atəşkəsi rədd edib

redaktor

Ruben Vardanyan ifadə verməyə başlayıb: Bir çox əcnəbi siyasətçi və nüfuzlu qurumun adları hallanır

redaktor

Sənədli filmin çəkilişi zamanı dəhşət: köpəkbalığı “Netflix” komandasına hücum etdi

redaktor