16 C
Bakı
27 Sentyabr 2025 02:59
CəmiyyətGündəmHadisəQalmaqalŞikayət

Sülh çağırışına görə 15 il həbs: Bəhruz Səmədov nümunəsi

8 avqust 2025-də ABŞ vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək mesajları verildi. Lakin ölkə daxilində fərqli mənzərə mövcuddur. Gənc fəal Bəhruz Səmədov münaqişənin ən gərgin vaxtında sadə bir mesaj səsləndirdi: “Müharibə deyil, sülh”. 2024-cü ildə ona qarşı CM-nin 274-cü maddəsi ilə ittiham irəli sürüldü və 15 il həbs cəzası verildi.

Sülh yalnız dövlətlər arasında imzalanan sənədlərlə təmin edilmir. O, xalqın, xüsusilə gənc nəsilin azad və təhlükəsiz şəkildə sülh çağırışları edə bilməsi, fərqli fikirlərə hörmətlə yanaşılması ilə mümkündür. Beynəlxalq aləmdə sülh təşviq edilirsə, daxildə də eyni prinsiplərin qorunması vacibdir.

Qərbə üz tutmaq istəyən bir liderin həbsxanasında müxtəlif kateqoriyalardan 375 siyasi məhbusun olması utancverici deyilmi?

 

Bəhruz Əliyev

Oxşar xəbərlər

Pezeşkianın oğlu Bakıya səfərindən yazdı: “Türk dilinin yayılması…”

redaktor

Qriqoriyanı həbs etdirən tanınmış müstəntiq vəfat edib

redaktor

İran rejimi Azərbaycan vətəndaşını həbsdən azad etdi – VİDEO

redaktor