27 C
Bakı
09 Avqust 2025 22:56
DünyaSiyasət

Qafqazda Rusiyanın zəiflədilməsinə yönəlmiş fəaliyyətiydi bu.

Baş verən hadisələrin mahiyyəti hansısa sənədin imzalanıb imzalanmaması deyil, məsələ daha qlobaldır: Cənubi Qafqazda regional təhlükəsizlik konsepsiyası dəyişir.

Mən hər zaman ABŞ-ın regiona gəlməsinin tərəfdarı olmuşam və bu səbəbsiz deyil. ABŞ-ın regionda iqtisadi, daha dərinə getsək hətta hərbi mövcudluğu regionun təhlükəsizliyin əsas qarantı olacaq. Yoxsa Zəngəzur yolunu sizcə kim qoruyacaq? Kostyum qalstuklu ofis işçiləri? Təbii ki yox, rəsmi olaraq bu özəl hərbi şirkət olacaq, qeyri-rəsmi isə amerikalı hərbçilər. Bu təqdirdə isə, hər hansı hərbi toqquşma və ya təxribat ehtimalı 0-a yaxın olacaq. Başqa sözlərlə dayanıqlı sülhün bərqərar olunmasına nail olacağıq.

Digər önəmli məsələ var. Əliyev və Paşinyanın Ağ Evdə görüşü spontan hadisə deyil idi. Bu, 2021-ci ildə başlanan prosesin nəticəsidir. Söhbət ABŞ-ın Rusiyaya qarşı qlobal geosiyasi savaşın başladılmasından, bir çox regionlarda Rusiyanın yumşaq gücünün zəiflədilməsindən, dişsizləşdirilməsindən gedir. Ukrayna müharibəsi prosesin görünən tərəfiydi, görünməyən tərəflərdən biri də Cənubi Qafqazda amerikalıların Rusiyanın zəiflədilməsinə yönəlmiş fəaliyyətiydi. Dünənki görüş və əldə olunan razılıqlar məhz bu prosesin kulminasiyası oldu. Yadınızdadırsa illər ərzində bir ifadəni tez-tez işlədirdim: geosiyasi trend. Məhz bu geosiyasi trend Əliyevlə Paşinyanı Ağ Evə gətirib çıxartdı.

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Dünyanın ən böyük aysberqi qopdu: Nyu-Yorkdan üç dəfə böyükdür

redaktor

Əsir düşərgələrinin “fürer”i – Amerika kəşfiyyatı 43 yaşlı generalın intiharına imkan verməyib…

admin

Səfər Mehdiyev də deputatlığa namizəd olur

admin