30 C
Bakı
09 Avqust 2025 10:59
DünyaGündəmSiyasət

Donald Tramp: Neçə ildir ölkəyə rəhbərlik edirsiniz?

Donald Tramp: Neçə ildir ölkəyə rəhbərlik edirsiniz?
İlham Əliyev: 22 ildir.
Donald Tramp: Bu o deməkdir SƏRT və ağıllıdır.

P. S. Hər-halda bu sual Tramp tərəfindən təsadüfdən verilmədi. Bu sual heç Trampın ölçüsünə uyğun sual da deyildi. “Ağ Ev”də, beyin mərkəzləri tərəfindən hazırlanmış, prezidentin çıxışına daxil edilmiş əsas və vacib bir parça idi.

22 il. Tramp o dəqiqə beynində düşündü, elə bil Corc Buşun zamanında hakimiyyətə gəlsəydim, hələ indi də hakimiyyətdə idim. Ax, ABŞ konstitusiyası. Axı səni necə dəyişdirmək olar!?

Son 22 ildə hətta bəziləri iki dəfə müddətə olmaqla ABŞ-da 5 prezident bir-birini əvəz edib.

Quru sərhədləri heç bir səbəb olmadan bağlı saxlanılan, 375 nəfər siyasi məhbusu olan, enerji daşıyıcılarından gələn gələn gəlirləri 5-3 nəfər arasında bölüşdürülən, işləyən əhalisinin yarısının əmək haqqı 450 manat olan, bütün fundamental azadlıqlar qadağan edilən ölkə rəhbərinin xarakteri sərt ifadə edilməsi gözlənilən idi. Bu mesajın arxasında əslində çox böyük məslələr yatır.

İstənilən halda, qaranlıq və məchul görünən sövdələşmələrə rəğmən Cənubi Qafqazın Qərb istiqamətində zərif addımlarla da olsa, məcbur da olsa irəliləməsini müsbət hal kimi qiymətləndirmək olar. Amma şəxsən mənim yanaşmama görə, bütün bu səylərin səmərə verməsi üçün ilk növbədə Azərbaycanın demokratikləşməsi əsas şərtdir. Lakin çox təəssüf ki, bu indiki hakimiyyətlə mümkün deyil. Trampın təbrincə desək, 32 illik SƏRT rejim ancaq öz şəxsi maraqları naminə bu imkanlardan istifadə edəcək.

 

Qulu  Məmmədli

Tacxeber.com

Oxşar xəbərlər

Pensiya və müavinətlərlə bağlı artım gözlənilir – “May-iyun aylarında…”

redaktor

Ülvi Həsənli aclığı dayandırmır və“Abzas Media”nın qadın jurnalistləri də aksiyaya qoşulurlar

admin

Müxalifət Paşinyanı TƏNQİD ETDİ: “Türkiyəyə xilasedicilər göndərəndə…”

redaktor