Ukraynadakı münaqişənin davam etməsini istəyən bəzi ölkələr təxribat və dezinformasiya yolu ilə titanik səylərlə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında gözlənilən görüşü pozmağa çalışacaq.
Tacxeber.comxəbər verir ki, bu fikri Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri, Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev deyib.
“Münaqişənin davam etdirilməsində maraqlı olan bir sıra ölkələr prezident Putin və prezident Tramp arasında planlaşdırılan görüşü pozmaq üçün titanik səylər göstərəcəklər (təxribatlar və dezinformasiyalar)”-deyə, o, Telegram kanalında yazıb.
Bundan əvvəl Tramp avqustun 15-də Alyaskada Putinlə görüş keçirəcəyini gözlədiyini bildirmişdi. Daha sonra bu danışıqların avqustun 15-də Alyaskada keçirilməsi planlarını Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da təsdiqləyib.