Rusiya prezidentinin xüsusi nümayəndəsi Nikolay Uşakov Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffla Vladimir Putinin görüşü zamanıABŞ və Rusiya prezidentlərinin yaxın günlərdə görüşəcəkləri haqda razılığa gəlindiyini bildirib.
Tacxeber.com xəbər verir ki, N. Uşakov görüşün harada və nə zaman keçiriləcəyinin hələ dəqiqləşmədiyini bildirib. Onun sözlərinə görə bu yaxınlarda görüşün dəqiq vaxtı və yeri bəlli olunacaq və bu haqda mətbuata yaxın günlərdə açıqlama veriləcək. O, hazırda tərəflərin keçiriləcək görüşün yerinin və zamanının müzakirə edildiyini bildirib.
Bundan əlavə, Uşakov bildirib ki, Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Putin, Tramp və Zelenski arasında üçtərəfli görüş ideyasına toxunulub, lakin rəsmi Moskva bu mövzuya şərh verməməyi üstün tutub.