CəmiyyətDünya

Azərbaycan bankında 170 milyon manatı olan Cahangir Əsgərov ölkədən çıxdı

AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun Azərbaycan banklarının birində 170 milyon manat depoziti olduğu üzə çıxıb.

Tacxeber.com xəbər verir ki, həmin məbləğ bundan əvvəl Cahangir Əsgərovun mərhum həyat yoldaşı Zərifə Həmzəyevanın adına olub. Z.Həmzəyevanın vəfatından sonra AZAL-ın keçmiş prezidenti həmin pulu öz adına rəsmiləşdirib. Hazırda İspaniyada yaşayan C.Əsgərov hər ay həmin məbləğdən 1 milyon 200 min manat gəlir əldə edir.

Qeyd edək ki, Zərifə Həmzəyeva bu ilin yanvarında dünyasını dəyişib. Z.Həmzəyeva genetika və tibbi profilaktika üzrə elmlər doktoru, “Gazelli Group” şirkətinin təsisçisi və prezidenti, “Premium Bank” ASC-nin əsas səhmdarı və “Caspian Energy Club”ın İdarə Heyətinin üzvü olub. (Unikal)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Xəstəxanada dedilər ki, iynə vurmağa icazə yoxdur, oğlum öldü…” – VİDEO

redaktor

Naxçıvana təyin olunan yeni nazir kimdir? – DOSYE

redaktor

Lalə Azərtaş 150 min manat qiyməti olan Mercedes alıb.

admin