Polşanın Onet nəşri ABŞ-ın Putinə Ukrayna ilə bağlı nə təklif etdiyi haqqında, şərtlərin nədən ibarət olduğu haqqında yazıb.
Tacxeber.com xəbər verir ki, nəşrin verdiyi məlumta əsasənTrampın xüsusi nümayəndəsi Stiv Vitkoffun Kremlə çatdırdığı bu şərtləri çatdırıb:
– Sülh müqaviləsi yox, məhz atəşkəs;
– Rusiyanın işğal etdiyi ərazilərin de-fakto tanınmasının 49 və ya 99 il təxirə salmaq;
– Rusiyaya qarşı tətbiq edilən sanksiyaların böyük hissəsinin ləğvi və uzunmüddətli perspektivdə enerji əməkdaşlığının bərpası, yəni Rusiya qazı və neftinin idxalına qoyulan məhdudiyyətlərin aradan qaldırılması.
Bu şərtlərə rəğmən , ABŞ Ukraynaya hərbi dəstəyi dayandıracağına və Moskvanın tələb etdiyi kimi NATO-nun genişlənməsindən də imtina edəcəyinə öhdəlik götürmür.
Hələlik bu məlumatı nə Rusiya nə də ABŞ rəsmiləri təsdiqləməyib.