32 C
Bakı
12 Avqust 2025 15:10
DünyaSiyasət

Ukrayna Energetika Nazirliyi: “Bu, Rusiyanın Azərbaycanla münasibətlərə hücumudur”

Rusiya Odessa vilayətindəki qaz nəqli sisteminin kompressor stansiyasına gecə saatlarında ABŞ-dan LNG və Azərbaycandan qazın tədarük edildiyi marşrut üzrə hücum edib, Ukraynanın Energetika Nazirliyi bildirib.

2025-ci il avqustun 6-na keçən gecə Rusiya Ukrayna-Rumıniya sərhədi yaxınlığındakı Odessa vilayətində qaz infrastrukturu obyektinə – Ukraynanın GTS Operatorunun kompressor stansiyasına məqsədyönlü hücum həyata keçirib. Bu kompressor stansiyası Trans-Balkan qaz kəməri vasitəsilə Yunanıstanın LNG terminallarını Ukraynanın qaz anbarları ilə birləşdirən marşrutda iştirak edib və bu stansiya vasitəsilə artıq ABŞ-dan LNG və sınaq həcmində Azərbaycan qazı tədarük edilib”, – deyə Energetika Nazirliyindən bildiriblər.

Energetika Nazirliyinin qeyd etdiyi kimi, “dünən gecə bu təchizatları təmin edən avadanlıq onlarla hücum pilotsuz təyyarəsi tərəfindən hücuma məruz qalıb”.

“Bu, Rusiyanın sırf mülki infrastruktura, xüsusən enerjiyə, eyni zamanda Azərbaycan, ABŞ və Avropadakı tərəfdaşları ilə münasibətlərə, ukraynalıların və bütün avropalıların normal həyatına qarşı hücumudur”, – Energetika Nazirliyi vurğulayıb.

Energetika Nazirliyindən verilən məlumata görə, mütəxəssislər hücumun nəticələrini müəyyən etmək üçün zərbə yerində işləyirlər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan XİN: “Azərbaycanın ərazi bütövlüyünə qarşı hər bir addımların qarşısı qətiyyətlə alınacaq”

redaktor

Narkobaron Xoakin Quzman Loeranın oğlu ABŞ-yə könüllü təslim olub

redaktor

Qara dənizdəki rus donanmasını qara günlər gözləyir.

admin