15 C
Bakı
30 Mart 2026 20:12
Dünyaİdman

“Qarabağ” səfərdə “Şkendiya”ya qalib gələ bildi

Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

Azərbaycan çempionu “Qarabağ” səfərdə “Şkendiya” ilə üz-üzə gəlib. Skopyedə, 26 yaşında avtomobil qəzasında dünyasını dəyişən müğənni Toşe Proeskinin adını daşıyan stadionda keçirilən görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edib.

Tərəflər arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

“Qarabağ” – “Şkendiya” cütünün güclüsü Çempionlar Liqasının pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub tərəf isə Avroliqanın pley-offunda həmin cütdə uduzan tərəflə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

3-cü mərhələ, ilk oyun

5 avqust

22:00. “Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” (Azərbaycan) – 0:1

Qol: Toral Bayramov, 18 – pen.

Hakimlər: İvan Kruzliaka, Branislav Hançko, Yan Pozor, Peter Kraloviç

VAR: Mixal Oçenaşa

AVAR: Boris Marhefkaya

(Hakimlər briqadası Slovakiyadandır)

Skopye, “Toşe Proeski” stadionu (Qol.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

İran xaosa sürüklənir və üfüqdə həll yolu görünmür

admin

“Sabah”dan “Sumqayıt” məğlubiyyəti və məşqçi istefasına səbəb olan “Kəpəz” ” Səbail” oyunu.

admin

Məhkəmə Cənubi Koreya Prezidentini həbsdə saxladı

redaktor