30 C
Bakı
09 Avqust 2025 11:49
CəmiyyətHadisəQalmaqalŞikayət

Mobil operator Nura Surinin də nömrəsindən səbəbsiz olaraq pul silir.

Bir çox mobil operator istifadəçisi kimi tanınmış müğənni Nura Suri də istifadə etdiyi mobil operatordan şikayətçidir.

Tacxeber.com xəbər verir ki, Nura xanım öz sosial şəbəkə hesabında mobil operatorun səbəbsiz olaraq onun nömrəsindən dəfələrlə pul silməsi ilə bağlı belə bir paylaşım edib:

“Azercell şirkətinin operatorları heç bir işə yaramırlar. Sistemdə olan problemlərdən, müştərilərin balansından itən ödənişlərdən xəbərsizdirlər.

1 həftə ərzində 4-5 dəfə fərqli operatorla danışmışam.

Premium müştəri olduğuma görə kuratorum var, amma onunla da əlaqə saxlamaq mümkün deyil.

Dünən gecə operatordan şikayətimin qeydə alınmasını istədim və xahiş etdim ki, menecerlerden biri mənimlə əlaqə saxlasın.

Bu gün kurator və sonra başqa bir operator mənə zəng edib cəfəngiyyat danışıb, əsəblərimi pozub. Mən 20 ildən çoxdur ki, Azercellin müştərisiyəm.

Ağlı başında, hər şeydən anlayışı olan insanam. Kiminsə məni gic yerinə qoyması əsəblərimi pozur.

Mənə mövcud olmayan borcun və dayanmadan balansımdan silinən pulun hesabatını verməlisiniz”.

 

Nura Suri

Tacxeber.com

Oxşar xəbərlər

Xalq artisti Ceyhun Mirzəyevin qızına görə nazirliyə müraciət etdi

redaktor

Təqaüdçülərin pullarını ələ keçirən şəxs saxlanılıb

redaktor

Saleh Səmədov rəisi söyüb – Şok təfərrüat

redaktor