30 C
Bakı
09 Avqust 2025 10:21
DünyaGündəmSiyasət

Lukaşenko Rusiyanın işğalçılığını ifşa edəcək

“Los” ləqəbli Lukaşenko ilə “siqaret kötüyü” ayamalı Putinin heş şübhəsiz ki, senzuradan keçdikdən sonra yayılmış foto və videoları Rusiya diktatorunun tamamilə tükəndiyini göstərir.

Kreml Medvedyevin Rusiyanın dövlət başçısı olmasına hörmət qoymadan ondan troll kimi istifadə etdiyi halda “Los” ləqəbi verdiyi Lukaşenkonun da “müttəfiq dövlətin başçısı” olmasına da heç bir hörmət qoymadan ondan troll kimi istifadə edir.

Ukraynaya qarşı cinayətkar müharibənin başladığı gündən Kreml bu trolların sözləri ilə Qərbi və Ukraynanı qorxutmağa çalışır.

Kremlin ona verdiyi “Los” ayamasından fərqli olaraq çox bic siyasətçi olan Lukaşenko da məsuliyyətini anlayaraq gələcəkdə bu məsuliyyətdən yayınmaq və yaxud da özünün xeyrinə dəlil kimi istifadə edə biləcək ifadələr işlətməkdə çəkinmir.

Rusiyanın işğalçı olduğunu, işğalçılıq siyasətini davam etdirdiyini çox aydın cümlələrlə ifadə etməsi də bunun sübutudur. Putin onun sözlərinə düzəliş edərək Rusiyanın başqlarının torpaqlarını ələ keçirmədiyini, özünə aid olanı geri qaytardığını ifadə etsə də, artıq gec olur.

Lukaşenkonun Rusiyanın işğalçılıq siyasətini ifşa edən ifadələrinin yaxın gələcəkdə Rusiyanın hərbi və siyasi elitasının mühakiməsi zamanı ittiham sənədlərində yer alacağına şübhəm yoxdur.

 

Xaqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

“Rusiya məğlub olsa, Ermənistan dərhal bu əraziləri boşaldacaq” – Amerikalı analitik

redaktor

Saakaşvilidən şok: Rusiyanın Zəngəzur planı…

admin

“İran İslam Cümhuriyyəti Qərbin layihəsidir” – Gizli “oynaşlıq…”

admin