25 C
Bakı
10 Avqust 2025 23:34
DünyaSiyasət

ABŞ administrasiyası Rusiyaya qarşı sanksiya siyasətini açıqlayıb

ABŞ Ukraynada atəşkəslə bağlı Rusiyaya verdiyi ultimatumun müddəti bitdikdən sonra Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə bilər.

Tacxeber.com bu barədə “The New York Post” a istinadla məlumat yayıb.

ABŞ prezidenti Donald Trampın administrasiyasının israrla razılığa can atdığı bildirilir. Qəzetin mənbəsi belə bir prosesin Amerika lideri üçün daha faydalı olacağını düşünür.

Qeyd edək ki, Tramp bir gün əvvəl Rusiyaya qarşı sanksiyaların mümkün gücləndirilməsi ilə bağlı qərarını avqustun 6-dan sonra verəcəyini bildirmişdi. Elə həmin gün onun xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya liderləri ilə görüşlər üçün Moskvaya uçdu. Vitkoffu Moskvanın Vnukovo hava limanında Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Rusiya prezidentinin xarici iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.

Witkoff Moskvaya Vaşinqtonun Ukraynada atəşkəs elan etmək üçün verdiyi ultimatum müddətinin bitməsinə iki gün qalmış gəlib. Tramp bildirib ki, sülh sazişində irəliləyiş olmasa, o, həm Moskvaya, həm də beynəlxalq təzyiqlərə baxmayaraq Rusiyanın enerji resurslarını almağa davam edən ticarət tərəfdaşlarına təsir edəcək yeni sanksiyalar tətbiq edəcək.

 

Tacxeber.com

Oxşar xəbərlər

Estoniya Rusiya vətəndaşlarının ölkəyə buraxılmasını və onlara viza verilməsini DAYANDIRDI

admin

“Vaqner” də ABŞ-nin sanksiya siyahısına daxil oldu

redaktor

Manat bu tarixdə Xankəndidə dövriyyəyə buraxılacaq

admin