DünyaSiyasət

Ukraynada Shell AЗS-ləri ləğv olunur – yerini yerli brend alacaq

Ukraynada fəaliyyət göstərən Shell brendli yanacaqdoldurma məntəqələri (AЗS) tamamilə yoxa çıxacaq. Bu, “Ukrnafta” ASC ilə “Shell Overseas Investments BV” şirkəti arasında bağlanmış sövdələşmənin başa çatması ilə bağlıdır. Məlumatı dövlət şirkətinin mətbuat xidməti yayıb.

Bildirilir ki, “Ukrnafta” Shell brendi altında fəaliyyət göstərən 118 AЗS-i özündə birləşdirən “Alliance Holding” MMC-nin 51 faizini rəsmi şəkildə əldə edib. Qalan 49 faiz isə Dövlət Əmlak Fonduna məxsus olduğundan, Ukrayna dövləti şirkətin 100 faizlik sahibi olub.

“Ukrnafta”nın baş direktor əvəzi Yuriy Tkaçuk bildirib ki, 2025-ci ilin sonunadək AЗS-lərin rebrendinqi başa çatacaq və nəticədə ümumi şəbəkə 663 məntəqəyə qədər genişlənəcək.

 

Tacxeber.com

Oxşar xəbərlər

Yeni virusa yoluxanların 43 faizi həyat ilə vidalaşır?

admin

Yaponiyada Daun sindromunun qarşısını almaq üsulları öyrənilir

redaktor

İranlı general ABŞ-yə xəbərdarlıq edib

redaktor