32 C
Bakı
09 Avqust 2025 17:22
CəmiyyətDigərQalmaqalTəhsil

Riyaziyyat Olimpiadasını 66-cı yerdə başa vurmağımız yoxsa “Azəri” və ya “Azərbaycan türkü” kimi taleyüklü məsələmiz?

Dünən xəbər gördüm ki, Azərbaycan 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasını 0 medalla başa vurub. Bu xəbər çox da müzakirə olunmadı, epizodik bir xəbər kimi ötüb keçdi. Çünki başımız “Azəri” yoxsa, “Azərbaycan türkü” kimi taleyüklü məsələni araşdırmağa qarışmışdı.

Düzü bu xəbərdən təccüblənmədim. Ona görə ki, nəticənin belə olacağı bəlli idi. 2018 və 2022-ci illərdəki PİSA göstəricilərində Bakı məktəblilərinin riyaziyyat nəticələri 420-dən 397-yə düşmüşdü. Nəticələrə baxanda bu günləri də görəcəyimiz gözlənilən idi.

Bugünkü nəticələr də ortadadır. Son 8 ildə Azərbaycan Cənubi Qafqaz ölkələri içərisində riyaziyyat nəticələrinə görə sonuncu yerdə qərarlaşır. Ermənistan və Gürcüstan bizi qabaqlayır. Bu geriləmənin başqa sahələrdə də böyük ehtimalla təsiri olacaq və bəlkə də, hazırda olur.

Mən “Azəri”, yoxsa “Azərbaycan türkü” adlarından hansının yaxşı, hansının pis olduğunu deyə bilmərəm. Desəm də, mənası yoxdur, kim özünü necə adlandırmaq istəyir adlandırsın. Mənə görə ölkədə riyaziyyat təhsilin səviyyəsinin aşağı düşməsi daha ciddi problemdir.

Yəni ki, sənin ölkən olimpiada dərəcəli riyaziyyatçı yetişdirmirsə, elmdə, təhsildə ciddi nəticələr əldə etmirsə, əksinə geriləyirsə, onu hansı adla tanımalarının nə mənası var?

Götürək Malidə yaşayan “dogon” xalqını. Bu xalq özlərinə “müqəddəs torpaqların sahibləri” deyir. Desinlər, bizim üçün, şəxsən sizin üçün bir məna ifadə edirmi? Adını oxuyana qədər bu xalqın ümumiyyətlə var olduğundan xəbərdar idizmi? Lap özlərinə bütün dünyanın sahibləri desinlər. Yolda bir “dogon” görsəz, ikiəlli görüşəcəksiz ki, qoymayın, bu dünyanın sahibdir?

Demək istədiyim odur ki, altını ciddi uğurlarla doldurmadığımız müddətcə, istənilən ad “dogon” kəliməsi qədər yad və mənasızdır. Bizi tanımaları, kim və hardan olduğumuzu soruşmaları üçün belə gərək qarşımızdakıların müsbət mənada diqqətini cəlb edək. Təəccübləndirək.

Bir əsatirdə də deyildiyi kimi, “axı kimə lazımdır buynuzsuz, Minotavr?!”

Araz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Bakı aeroportunda ÖLÜM hadisəsi

admin

“Azərbaycanda kimsə müstəqil iş qurub pul qazananda adamın başına olmazın müsibət gətirib, məhv edirlər” Altay Göyüşov

admin

Xırdalanda yaşayış binasının pilləkəni çökdü: Nazirlik araşdırmalara başladı

admin