31 C
Bakı
13 Avqust 2025 15:10
DünyaSiyasət

Hazırlıqlar tamamlandı! Türkiyə həmin ölkədə kosmik baza qurur

“Türkiyə” qəzetindən Yeşim Eraslanın verdiyi məlumata görə, 2024-cü ilin dekabrında Somali prezidenti Həsən Şeyx Məhəmmədin Moqadişuda elan etdiyi layihə çərçivəsində, Türkiyə Kosmik Agentliyinin (TUA) rəhbərliyi ilə həyata keçiriləcək kosmodromun detalları üzə çıxmağa başlayıb.

Tacxeber.com xəbər verir ki, yaxın günlərdə kosmodromun inşası üçün tenderin elan ediləcəyi gözlənilir. Yalnız Türkiyənin deyil, eyni zamanda Afrika qitəsinin də ilk kosmik limanı olacaq Türk Kosmik Limanı Layihəsinin tikintisinə yaxın vaxtlarda başlanması və iki il ərzində tamamlanması planlaşdırılır.

Məlumatlara əsasən, Türkiyə rəsmiləri ilə Somali hökuməti arasında əldə olunmuş razılaşmaya görə, Türkiyəyə Hind okeanı sahillərində yerləşən 30×30 kilometr (cəmi 900 kvadrat kilometr) ölçüsündə bir ərazi ayrılıb. Layihənin ilkin və sonrakı mərhələləri də daxil olmaqla ümumi dəyərinin 350 milyon dollar olacağı təxmin edilir.

Qeyd olunur ki, inşa ediləcək kosmodrom yalnız kosmik raket buraxılışları üçün deyil, eyni zamanda uzaq mənzilli raket sınaqları üçün də istifadə olunacaq.

 

Tacxeber.com

Oxşar xəbərlər

Putin Bakıda onunla görüşdən imtina edib

redaktor

Ankarada parka Qənirə Paşayevanın adı verildi

redaktor

Bəhruz Məhərrəmov: Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi Xudafərinin azad edilməsiylə müqayisə oluna bilər

redaktor