Ukraynanın Hərbi Kəşfiyyat Baş İdarəsinin (HUR) rəhbəri Kirill Budanov bildirib ki, fahişələrdən və eskort qadınlardan istifadə Ukrayna kəşfiyyatında adi bir təcrübədir. Bu barədə o, jurnalistə Ramina Esxakzaya verdiyi müsahibəsində danışıb.
Onun sözlərinə görə, kəşfiyyatçılar tez-tez məhz seks işçilərindən unikal məlumatlar əldə edirlər:
“Elə şeylər olur ki, biz onları heç cür öyrənə bilməzdik. Hər şey insan zəiflikləri üzərində qurulub,” – deyə Budanov qeyd edib.
Budanov vurğulayıb ki, heç kim əməkdaşları bu cür hərəkətlərə məcbur etmir, amma kəşfiyyatçı subaydırsa, “bunda nə problem var?”
O həmçinin əlavə edib ki, kəşfiyyatda qadın operativ əməkdaşların sayı artır, xüsusilə də analitik və sahə bölmələrində.