DünyaMuharibə

Ukrayna ordusu Soçi aeroportunun yanacaq anbarını vurdu – Ukrayna Baş Qərargahı

Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində yerləşən Soçi beynəlxalq aeroportunun yanacaq-doldurma kompleksinə zərbə endirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Hücum nəticəsində aeroport ərazisindəki yanacaq infrastrukturunun sıradan çıxdığı bildirilir. Hadisənin dəqiq tarixi və zərərin miqyası barədə ətraflı məlumat verilməyib. Rusiya tərəfi isə hələlik bu hücumla bağlı rəsmi açıqlama yaymayıb.

Xatırladaq ki, Ukrayna ordusu son zamanlar Rusiya ərazisində yerləşən strateji hədəflərə dron və raket hücumlarını intensivləşdirib. Soçi aeroportuna edilən hücum da bu taktikanın tərkib hissəsi kimi qiymətləndirilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

İmamoğlunun davranışı müzakirələrə səbəb oldu: “Toxunma mənə” – VİDEO

redaktor

Azərbaycan uçuruma gedir — çıxış yolu islahatdır, zindan yox

redaktor

Müəllimə şagirdi ilə intim münasibətə girdi və şantajın qurbanı oldu.

admin