12 C
Bakı
28 Mart 2026 19:14
DünyaMuharibə

Ukrayna ordusu Soçi aeroportunun yanacaq anbarını vurdu – Ukrayna Baş Qərargahı

Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində yerləşən Soçi beynəlxalq aeroportunun yanacaq-doldurma kompleksinə zərbə endirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Hücum nəticəsində aeroport ərazisindəki yanacaq infrastrukturunun sıradan çıxdığı bildirilir. Hadisənin dəqiq tarixi və zərərin miqyası barədə ətraflı məlumat verilməyib. Rusiya tərəfi isə hələlik bu hücumla bağlı rəsmi açıqlama yaymayıb.

Xatırladaq ki, Ukrayna ordusu son zamanlar Rusiya ərazisində yerləşən strateji hədəflərə dron və raket hücumlarını intensivləşdirib. Soçi aeroportuna edilən hücum da bu taktikanın tərkib hissəsi kimi qiymətləndirilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna Rusiya texnikasını daşıyan qatarı vurdu

redaktor

İsrail Müdafiə Qüvvələrinin rəisi: İranın hərbi əməliyyatları yarımçıq qalıb, Avropa təhlükə altındadır

redaktor

Partizanlar Rusiya ordusunun mühüm REM kompleksini məhv etdi…-VİDEO

admin