25 C
Bakı
10 Avqust 2025 23:23
DünyaSiyasət

“Tokayev Rusiya ordenindən imtina etdi, Türkiyənin dövlət nişanını qəbul etdi”

Tokayev, Putinin təkidlə təklif etdiyi, Rusiyanın ən önəmli Aleksandr Nevski ordenindən imtina etdi. Ancaq ki, Türkiyədə Ərdoğanın təltif etdiyi Dövlət Nişanını qəbul etdi. Və bu yalnız sadəcə diplomatik jest deyildi. Bu, həm də, bir işarə idi.

2022-ci ilin iyununda Qasım Comərd Tokayev Moskvada nəzakətlə, lakin qəti şəkildə Putinin ona layiq görmək niyyətində olduğu Aleksandr Nevski ordenindən imtina edib tam, açıq dedi: “Mən, Prezident vəzifəsində çalışarkən heç bir mükafat qəbul etmirəm”. Bəli, mükafat almırdı.

Ancaq, Ankarada prinsipindən bir istisna etdi. Rəcəb Tayyib Ərdoğanın əlindən Türkiyənin ən yüksək ordenini-Dövlət Nişanını isə qəbul etdi. Müstəmləkəçidən deyil, Qardaşdan qəbul etdi. Vassal keçmişin simvolunu rədd edərək, Birlik gələcəyinin simvolunu qəbul etdi. Qızıl Ordanın qolunu (Rus) rədd edib, özünü (Türk) qəbul etdi.

Çünki Qazax Türkü üçün “Nevski” ordeni təslim olmaq, “Dövlət” ordeni isə, milli Dövlətin adıdır. Çünki Qızıl Orda xalqı hansısa bir şəxsin adına bir mükafatı qəbul edə bilməz. Amma Qardaş hörmət İşarəsini Qan və Ruh baxımından bütün imperiyaların bir araya gətirdiyindən daha yaxın olan bir ölkə-Türk dövlətindən qəbul etmək olar.

Bu, Turan tərəzisinin diplomatiyasıdır. Əvvəlcə keçmişi yola salıb, sonra gələcəyi qəbul etmək.

“””””””””””
Bunu qardaş Qazaxstan jurnalisti yazıb, yüksək milli əhvalla, Ankaradan etdiyi reportaj fonunda (mənsə tərcümə və bir qədər də, düzəliş etdim). Görürsünüzmü, Qazaxıstanda olan bu, türk milli ruhunu qardaş Türkiyədəki qəbulla göyə ucalan. Bu, həmin ruhdur, bizim Azərbaycan təyyarəsini Rusiya vurub, Aktauya salanda, Qazax xalqının, dövlətinin bizə yönlü qardaş təəssüb, qayğısını, Rusiyaya qarşı ittihamlarını, qınağını coşduran.

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-da təyyarə evlərin üzərinə DÜŞDÜ

redaktor

İran aviaşirkətinin sərnişinləri azərbaycanca salamlaması QALMAQAL YARATDI

redaktor

Aleks Lyutı: nasist əlaltısı

admin