30 C
Bakı
09 Avqust 2025 11:56
CəmiyyətHadisəQalmaqalSiyasət

Növbəti ictimai fəal məhkəmə zalında həbs edildi

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın cinayət işi üzrə növbəti məhkəmə prosesində Anar Abdulla məhkəmə zalında həbs edilib.

Tacxeber.com APA agentliyinə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı vəsatət qaldıraraq Anar Abdullanın polisin nəzarətinə vermə qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Prokuror vəsatətini təqsirləndirilən şəxsin seçilmiş qətimkan tədbiri qaydalarına əməl etmədiyini əsas gətirib və onun məhkəmə zalında həbs edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili Anar Abdullanın məhkəmədən anasının xəstə olmasını nəzərə alınmasını istəsə də, dövlət ittihamçısının vəsatət təmin edilib.

Anar Abdulla məhkəmə zalında həbs edilib. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə hər iki təqsirləndirilən şəxs özlərini təqsirli bilməyiblər.

Anar Abdulla iyulun 11-də inzibati qaydada 30 sutka həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmamaq) maddələrilə təqsirli bilinib.

O məhkəmədə bildirib ki, Atatürk Prospektində avtobusdan düşəndə saxlanılıb və heç bir inzibati xəta törətməyib.

Anar Abdulla Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli ilə birlikdə cinayət işinə də cəlb olunub. O, qaçaqmalçılıq da daxil olmaqla 8 maliyyə cinayətində ittiham olunur.

Saxlanılan şəxslər həbslərinin siyasi motivli, ittihamların isə saxta olduğunu bildirirlər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Təhqir olunan yeniyetmənin nənəsi danışdı – Video

redaktor

Elxan Məmmədov: “Tənqidlərdən ötrü darıxıram”

admin

Bakıda 6-9 ballıq zəlzələ ola biləcək ərazilər: Yasamal, Bayıl… – ŞOK AÇIQLAMA

redaktor