11 C
Bakı
27 Mart 2026 20:23
DünyaSiyasət

Kiyev “Knyaz Pojiarskiy”i sındırdı: Rusiya sualtı donanmasının hamısı təhlükə altındadır

Ukrayna hərbi kəşfiyyatı Rusiya strateji qüvvələrinə daxil olan və “Borey” sinfinə məxsus olan ən yeni atom sualtı qayığı – “Knyaz Pojiarskiy” ilə bağlı məxfi məlumatları ələ keçirdiyini bildirib. Bu barədə The Times məlumat yayıb.

Bəyanata əsasən, Ukraynanın ixtiyarına döyüş təlimatları, texniki sxemlər, mühəndis hesabatları, ekipaj siyahıları, əməliyyat qrafikləri və ekipajın sağ qalma tədbirləri barədə məlumatlar keçib. Nəşrin qeyd etdiyinə görə, bu haker hücumu təkcə həmin sualtı qayığı deyil, “Borey” layihəsinə aid bütün sualtı donanmanı təhlükə altına qoya bilər. Bu donanma Rusiyanın Arktikadakı mövcudluğunun əsas elementlərindən sayılır.

Mütəxəssislər bu sızıntını “misli görünməmiş” adlandırır və onun regionda strateji tarazlığa ciddi təsir edə biləcəyini vurğulayırlar.

 

Tacxeber.com

Oxşar xəbərlər

Portuqaliya və Fransa millisi 1/4 finalda qarşılaşacaqlar.

admin

Moldovanın Baş Qərargah rəisi Rusiyaya casusluq edirmiş

redaktor

Leyla Əliyevanın pələnglə fotosu maraqla qarşılandı

redaktor