32 C
Bakı
09 Avqust 2025 17:19
CəmiyyətSağlamlıq

İsti havanın beynə mənfi təsiri – Uşaqların məntiqi təfəkkürünü azaldır

Araşdırma…

Dəfələrlə yüksək temperatura məruz qalma uşaqların öyrənmə qabiliyyətinə, xüsusən də riyazi biliklərinə mənfi təsir göstərir. Bu qənaətə RMIT və Yeni Cənubi Uels Universitetinin avstraliyalı tədqiqatçıları gəliblər

Tacxeber.com bildirir ki, araşdırmanın nəticələri “PLOS Climate” jurnalında dərc olunub.

Elmi icmal 61 ölkədən təxminən 14,5 milyon məktəblinin məlumatlarını əhatə edib. Təhlillər göstərib ki, isti iqlimdə yaşayan və təhsil alan uşaqlar məntiq, mücərrəd təfəkkür və konsentrasiya tələb edən tapşırıqları yerinə yetirməkdə daha zəif olurlar. Hansı ki bu cür bacarıqlar riyaziyyat dərslərində fəal şəkildə istifadə olunur. Lakin oxumaq və daha sadə tapşırıqları yerinə yetirmək qabiliyyəti daha az zərər görüb.

Aztəminatlı ailələrdən olan şagirdlər istiyə ən çox həssas olublar. Onların əksəriyyəti kondisionersiz məktəblərə gedir və biliklərini möhkəmləndirmək üçün əlavə dərslərə qoşula bilmirlər. Nəticədə, koqnitiv qabiliyyətlərdə ən çox azalma göstərən bu qrupa məxsus şagirdlər olub.

Alimlərin fikrincə, bu, uzunmüddətli perspektivdə gənclər arasında təhsil uçurumunun genişlənməsinə səbəb ola bilər. Tədqiqatçılar həmçinin qeyd ediblər ki, uyğun olmayan şəraitdə öyrənmə bütün nəsillərin intellektual inkişafını ləngidə və sosial bərabərsizliyi artıra bilər.

Tədqiqatın müəllifləri təhsil siyasətində iqlim faktorlarının nəzərə alınmasını tələb edirlər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Çayla çox konfet yeyənlər tez qocalır

redaktor

Belə bir insanı şərləyib həbs etmək üçün gərək bu həyatda hər şeydən məhrum olasan.

admin

“TikTok”da Azərbaycana aid saxta xəbərlərin yayılması ilə bağlı tədbirlər görülür – BİRGƏ AÇIQLAMA

redaktor