Mən Britaniya Milli Arxivində işləyəndə oprada SSRİ-nin dağılması, 90-cı illərdə yeni yaranan keçmiş Sovet Respublikalarında, o cümlədən Azərbaycanda gedən proseslər haqqında çox maeaqlı sənədlərə qarşılaşdım. Üzərindən 30 il keçdikdən sonra bu sənədlər artıq tədqiqatçıların üzünə açılıb. Açılan sənədlər içərisində Qarabağ münaqişəsi haqqında da müstəsna dərəcədə maraqlı sənədlər var.
Xüsusiylə 1993-cü il hadisələri, Rusiyanın törətdiyi qiyam, Əliyevin hakimiyyətə gəlməsinin bəzi pərdəarxası məqamları, Rusiyanın regionda pozuculuq əməlləri və digər məsələlər haqqında bir-birindən maraqlı sənədlər var Britaniya Milli Arxivində. Bütün hadisələrin mərkəzində Azərbaycan nefti dayanır.
Bir sıra sənədlərdən aydın olur ki, üzərindən 40 il keçəndən sonra BP və Mİ6 neftin hər bareli uğrunda mübarizə aparan Əbülfəz Elçibəyin timsalında ikinci Məhəmməd Müsəddiqlə (İran 1953) qarşılaşmamaq üçün gizli şəkildə milli hökumətin yıxılmasına öz səssiz “töhfəsin” verib. Bu barədə bir qədər sonra.
Aşağıdakı sənədlər Qazaxıstanın indiki prezidenti Kasım-Comart Tokayev haqqındadır. Tokayev 1994-cü ildə Qazaxstanın xarici işlər naziri təyin ediləndə Britaniya Xarici İşlər Nazirliyi onun haqqında çox maraqlı arayışlar hazırlamışdı və onu hazırlıqlı bir kadr kimi qiymətləndirirdi. İngilislərin proqnozları düz çıxdı. Tokayev bu gün də keçmiş post-sovet məkanındakı korrupsioner və avtoritar, öz xalqlarını adam yerinə qoymayan diktatorlardan fərqlənir.