13 C
Bakı
10 Aprel 2026 23:06
CəmiyyətDünya

“Hər şeyin günahı İsraildir”

BƏƏ, Qətər, Küveytdə krandan axan içməli sudur. Dövlət tərəfindən təmizlənir, beynəlxalq standartlara uyğun filtrlənir. Dünya təşkilatlarının yoxlamaları da müsbət qərar verib. Bizim qaynadıb içdiyimiz sudan daha təmizdir.

İndi xəbərlərə baxıram Tehranda ictimai tualetləri bağlayıblar. Çünki camaat 20 qəpik verib girir, təkcə tualet işini görmür, ayağını, bədənini də yuyur. Şəhərin isə cəmi 2-3 aylıq su ehtiyatı qalıb deyə, qənaət üçün tualetləri də bağlayıblar.

İrana və bizim bəzi azərbaycanlılara görə, səhranın ortasında qurulan BƏƏ və digər körfəz ölkələr Amerikaya işləyir, kafir ölkədir, vəhabilər idarə edir. Amma yüzlərlə çayı, minlərlə quyusu quruyan, meşələri doğranan, narkoman və oğrularla dolu İran isə “İslam ölkəsidir”. Hər şeyin günahı İsraildir.

 

Orxan Atabəy

Tacxeber.com

Oxşar xəbərlər

Yaponlar indi də çamurdan ət hazırlayacaq

admin

“FSB-nin məxfi sənədi deyir: Çin Rusiyanın düşmənidir”

redaktor

Türkiyədən Pakistana böyük dəstək – FOTO

redaktor