24 C
Bakı
13 Avqust 2025 22:12
CəmiyyətMaraqlıSiyasət

Saxta xəbər: Azərbaycan ən xoşbəxt ölkələr sıralamasında 147 ölkə arasında 94-cü yeri alıb.

Xəbərin qısa icmalı

– 21 martda “sfera.az” saytında yayımlanan xəbərdə qeyd olunur ki, dünyanın ən xoşbəxt ölkələri siyahısında Azərbaycan 147 ölkə arasında 94-cü yeri alıb.

– 2024-cü il üçün olan göstəricilərə əsasən, Azərbaycan 147 ölkə arasında 106-cı yeri tutub.

 

21 martda “sfera.az” saytında yayımlanan xəbərdə qeyd olunur ki, dünyanın ən xoşbəxt ölkələri siyahısında Azərbaycan 147 ölkə arasında 94-cü yeri alıb.

“Fakt Yoxla” bu xəbərin doğru olub-olmadığını yoxlayıb.

Dünya Xoşbəxtlik Hesabatını Gallup, BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsi və Oksford Universitetinin Sağlamlıq Araşdırmaları Mərkəzi nəşr edir. Hesabatın hazırlanması üçün 140-dan çox ölkədən toplanan rifah haqqında məlumatlar müxtəlif akademik sahələrdən olan tədqiqatçılarının təhlili ilə birləşdirilir. Rifah haqqında məlumatlar vətəndaşlar arasında keçirilən sorğuların nəticələrini, sosial dəstəyi, adambaşına düşən ÜDM-i, orta ömür müddətini, korrupsiyanın olmamasını və s. indikatorları əhatə edir.

Hesabatın 2024-cü il üçün olan göstəricilərinə əsasən, Azərbaycan hesabatın əhatə etdiyi 147 ölkə arasında 106-cı yeri tutub:

 

Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, “sfera.az” saytında Azərbaycanın xoşbəxtlik hesabatındakı yeri ilə bağlı olan xəbər saxtadır.

 

Tacxeber.com

Oxşar xəbərlər

İsrailin Azərbaycandakı səfiri xalqımıza təşəkkür etdi – FOTO

redaktor

“Toylar olmasaydı, muğam sənətimiz itib-batardı, xanəndə də bazarda kartof satardı…”

redaktor

Qəzadan geriyə qalanlar…

redaktor