27 C
Bakı
09 Avqust 2025 23:22
CəmiyyətDünyaMədəniyyət

Qara ilə Ağın əsirliyində yaşamaq

Lütfi Zadənin kəşfi doğru və yanlışa etirazla başladı.
Bilənlər bilir: bu iki paralel arasında tam doğru və ya tam yanlış deyilən bir şey yoxdur. Zadə deyirdi, doğru ilə yanlışın arasında milyonlarla doğru və yanlış var. Mən isə bunu texniki dildən ədəbi dilə çevirib deyirəm: bəli, ağla qaranın arasında milyonlarla ehtimal var və bu ehtimallar insan psixikasında rəngli izlər buraxır.

Bu nəzəriyyənin mədəniyyətə, etikaya, hüquqa aid tərəfinə bizim cəmiyyət bəlkə də 100-200 il sonra çatacaq.
Nə deməkdir bu?
Zadə nəzəriyyəsinə görə deyə bilərik: məsələn, bir adam cinayət edib. Biz dərhal onu cinayətkar adlandırırıq. Amma bəs bu hadisənin qeyri-səlis doğruları hanı?

Əsl məsələ buradadır: adamın nə etdiyi ilə yanaşı, niyə etdiyini, əslində kim olduğunu, təfəkkürünün hansı mərhələdə qırıldığını anlamaq lazımdır.

O günlərdə Sabirabadda bir kişi körpəyə təcavüz etdi, xəbəri yayıldı. Dərhal ağ və qara mexanizmi işə düşdü. Ən peşəkar jurnalistdən tutmuş TikTokçulara qədər hamı bu məsələni təbliğat maşınına mindirdi. Cəmiyyət də onlara qoşuldu.

Şübhə yoxdur ki, bu iyrənclik insan olan üçün dözülməzdir. Amma beyin maşınını işə salsaq, bəlkə başqa ehtimalları da görərik:

bəlkə o yaşlı kişi narkomandır,

bəlkə hər hansısa planın qurbanıdır,

bəlkə ağlını itirib,

bəlkə öz iradəsinə zidd olaraq manipulyasiya olunub.

Bu adamı bəlkə də həkimə aparmaq, bəlkə psixiatrik mərkəzdə yoxlamaq lazımdır.

Bizi narahat edən hadisələri əxlaq traktoruna bağlayıb əzməyə tələsməyək.

Çünki bu cəmiyyətin ən böyük düşməni cinayətkar yox,
ağ və qaranın arasında heç nə görməyənlərdir.

Bir şeyi bilirəm:
Bu cəmiyyətdə insanın başına iş gəlməsin. Gəldisə,
ağ və qara rənglərin içində məhv olub gedəcək.

Düşünməliyik:
Bizi öldürən təbliğat düşüncəsinin əsl rəngləri nədir?..

Cavid Fərzəli

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Rusiya siyasətinə qarşı səbrini itirir

redaktor

Xalq artisti: Tələbələr Zeynəb Xanlarovadan mənə şikayət edirdilər

admin

Qardaşı saxlanıldı, polisə təşəkkür etdi – Tanınmış jurnalistdən açıqlama

redaktor