DünyaSiyasət

KİV: Aİ Trampla “qorxunc sövdələşmə” bağladı

Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen Avropadakı ABŞ hərbi kontingentinin sayının azaldılması ilə bağlı narahatlıqlar səbəbindən Vaşinqtonla rüsumlar üzrə əlverişsiz sövdələşməyə razı olub.

Tacxeber.com xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti Brüsseldə yerləşən “Bruegel” analitik mərkəzinin baş elmi işçisi Ceykob Kyerkeqora istinadən məlumat yayıb.

“Hər kəs etiraf edir ki, ticarət baxımından bu, Avropa üçün dəhşətli sövdələşmə idi. Amma əgər siz məsuliyyətli lidersinizsə, NATO-nun aparıcı hərbi qüvvəsini, yəni Trampın ABŞ-sini öz tərəfinizdə saxlamaqdan başqa seçiminiz yoxdur”, – deyə ekspert bildirib.

Məqalədə vurğulanır ki, fon der Lyayen Vaşinqtonun rüsumların tətbiqi ilə bağlı hədələrinə sərt cavab tədbirləri hazırlayırdı, lakin sonra Şotlandiyada Trampla son görüşü zamanı sövdələşməyə razılıq verərək geri addım atıb.

“The Times” bunun qismən Avropa biznesini qorumaq üçün, həm də ABŞ prezidentinin Ukraynaya hərbi dəstəyi kəsmək və ya Avropa təhlükəsizliyinə zərər vermək üçün bundan bəhanə kimi istifadə edəcəyi qorxusundan edildiyini bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Nə baş verir, ölkədə rublı niyə dəyərdən düşür, indi bütün dünya bizə gülür?..”

admin

İsrail Türkiyə ilə mümkün müharibə xəbərdarlığı etdi

redaktor

Azərbaycan Çindən yemiş alışını 198 dəfə artırıb – Hökümət nə etmək istəyir?

admin