32 C
Bakı
09 Avqust 2025 17:27
CəmiyyətGündəmŞikayətSiyasət

Dediyini eləsə, ölkə cənnətə çevrilərdi; amma etdikləri nəticəsində cəhənnəmdə yaşayırıq.

İlham Əliyevin çıxışlarını dinləsən elə bilərsən ki, İsveç demokratiyasının baş naziri danışır. Amma ölkənin reallığına baxanda, Qəddafinin Liviyasını xatırladır. Çünki o nə deyirsə, onun tam əksi baş verir.

“Qadınlara hörmət edilməlidir,” deyir. Elə həmin gün qadın jurnalist döyülür, bir hüquq müdafiəçisi küçədə süründürülür.

“Yaşlılara hörmət vacibdir,” deyir. Amma təqaüdçü müharibə veteranı yardım istədiyinə görə polis bölməsində təhqir olunur.

“Dinə hörmət, Allaha iman,” deyir. Həmin anda dindar gənclər “radikal” damğası ilə həbs edilir, ölkədə isə kazino açılır.

“Gənclər bizim gələcəyimizdir,” deyir. Amma bu gələcək ya ölkədən deportasiya olunur, ya da dəmir barmaqlıqlar arxasında çürüdülür.

“Müstəqil məhkəmə var” deyir. Amma məhkəmə hakimi hökmü prokurorun gözünə baxmadan oxuya bilmir.

“Korrupsiya ilə mübarizə aparırıq,” deyir. Amma elə bil, öz-özünə müharibə elan edir, çünki korrupsiyanın mərkəzi sarayın içindədir.

“Siyasi repressiyalar yoxdur,” deyir. Eyni anda onlarla jurnalist və fəal “dövlətə qarşı çağırış” və ya “qaçaqmalçılıq” ittihamları ilə həbs edilir.

“Media azaddır,” deyir. Amma azad danışan hər kəs ya “satqın,” ya da “agent” damğası ilə ləkələnir.

İlham Əliyev danışanda xalq susur. Çünki bilir ki, bu rejimin sözləri şirin, əməlləri isə zəhərlidir. Hər dəfə “islahat” deyəndə yeni bir haqsızlıq baş verir. Hər dəfə “ədalət” deyəndə bir ev yıxılır, bir ailə başsız qalır.

 

Bəhruz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

“MedEra” Hospitalı mühafizəçisinin həbsi tələb olundu

redaktor

“Nikosayağı”nın atası: “Oğlumun psixoloji cəhətdən vəziyyəti yaxşı deyil” – AÇIQLAMA

redaktor

Ovanesyan: Ermənistan iki seçim arasındadır – müharibə və…

redaktor